[url]
[/url]
İmtahanda uğur qazana bilməyənlərin aqibətinin necə olacağı bəlli deyil
Sabah orta məktəblərin buraxılış sinifləri üçün mərkəzləşdirilmiş qaydada test-sınaq imtahanı keçiriləcək. Artıq bütün məktəblərdə imtahanın təşkili ilə bağlı hazırlıq tədbirləri başa çatdırılıb.
bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, imtahanda uğur qazana bilməyənlərin aqibətinin necə olacağı bəlli deyil. Çünki “qeyri-kafi” qiymət alan şagirdlərin digər göstəriciləri, məsələn 10-cu sinfi bitirərkən aldığı qiymətlər də ümumi nəticəyə təsir edəcək.
“Ola bilər ki, şagird 10-cu sinfi yüksək qiymətlərlə bitirib. Sabahkı imtahanda “qeyri-kafi” qiymət alan şagirdin 11-ci sinfin yekun imtahanında yüksək nəticə göstərməsi də mümkündür. Ona görə də sonuncu qiymətləndirmədə bu amillər mütləq nəzərə alınacaq” - deyə, Misir Mərdanov bildirib.
Fikirlerinizi bildirmeyi unutmayin...!!!