[img]
[/img]
Uşaqlıqda iki arzum var idi..Uça bilmək və cənnəti görmək.
Bu arzuları birləşdirən cəhət isə yəqin ki, yaşadığım cəmiyyət
olub..Çirkin cəmiyyət,odlu baxışlardan közərmiş qəlblərin məskəni..
Pozğun cəmiyyət,
İslam ölkələrinə “yaşıl” rəngini göstərib, kafirlərə az qala
mənliyini də satanların məskəni,
başıboş cəmiyyət..
Həqiqətən də başıboş cəmiyyət,ehh nəysə..
Uçub getməy istəmişəm həmişə,çox uzağa..çıxış yolunu isə ancaq
cənnəti tapmaqdan görürdüm..Hətta artıq yuxularıma da girirdi o məkan..
İnanırdım ki, yuxular da
nə vaxtsa çin olur..Ürəkdən inanırdım.
Bioqrafiyamdakı illərin sayı artdıqca yeni cəmiyyətlərlə tanış
olurdum..bu tanışlıqlardan biri də elə məhz Amerika cəmiyyəti oldu..
Binaları qədər əlçatmaz Amerika,
daim gülərüz, mehriban, xeyirxah..qəmdən, kədərdən uzaq Amerika..Cənnət
Amerika..Cənnət..Görəsən doğurdan da mı arzum həyata keçməkdəydi??
Belə tez..Hətta 14 saat uçmuşdum ora getməkçün.
Amerikanın gözəl kinoları..Bizə özünü düzgün seçilmiş kadrlarla,
zülmət gecələrdə parıldayan körpülərlə,
binalardan nur kimi seçilən işıqlarıyla tanıda bilmişdi..Əbəs yerə
ora cənnət demirdilər ki?!
Düzdür
həyatımız kinoya çox oxşasa da, biz çirkin səhnələri silə bilmirik..
Hər şey təbii olur..Montajsız..Dublajsız..İndi Amerikadayam.Amma
kino deyil..Çirkli küçələri də görürəm, saxtakarlıqları da görürəm,
bürokratiyalardakı gərəksiz gözlətmələri də görürəm, qiybətləri də,
dalca danışmaqları da.Hətta Bakıdakı “baxışlar” və “söz atmalar”çün
darıxdığımı zənn edirdim..Oraları da görürəm..Hər şeyi
görürəm..Görmədiyim bircə şey var..o da ki, Cənnət..ehh zibilə qalsın
bu arzular şəhəri.
İndi heç yuxularımda da
görmürəm cənnəti.