[img]
[/img]
Bəli üç nöqtə - hansı ki, istənilən fikrin sonuna qoyulsa fikri daha dərin edir.
Bezmişəm, hamınızdan bezmişəm! Axı istədiyim – istədiyimiz bu deyildi.
Biz axı belə olmaq istəmirdik. Başlayanda hamıdan fərqli idik. Insan olmadığımızı və ya hamı kimi insanlardan olmadığımızı dərk edərək başlamışdıq. Amma indi hamı kimiləşmə prosesini dayandıra bilmirik.
Gücüm tükənib hiss eliyirəm. Ya da kimsə məni nəyisə vəd etdiyimi verməməkdə günahlandırdığı üçün özümü günahkar hiss eliyirəm.
Özüm:
- hər şeyi niyə bu qədər çətinləşdirirsən?
Özümə:
- mən hər şeyi asanlaşdırmağa çalışıram əslində.
Özüm:
- çox danışırsan!
Özümə:
- amma başqa bir şey bacarmıram, hələ ki.
Özüm:
- dünyanı dəyişməyə çalışırsan?
Özümə:
- ... !
Özüm:
- Bu mümkün deyil!
Özümə:
- Amma dünyamı dəyişə bilərəm.