[img]
[/img]
Yenidən doğulmax istəyirəm.
Qoy desinlər nankordu, həyatınnan narazıçılıx edir.
Gecə-gündüz qan qusmaq istəyirəm.
Qoy desinlər deyəsən bu cəmiyyət nəhayət ki onu zəhərləyib.
Siqaretə başlamaq istəyirəm, bir gün, bütün günü siqaret çəkəcəm, qoy barmaqlarımın ucu
günlərim kimi qara olsun.Dişlərim saralsın. Üzüm də qocalaraq daxilimlə vəhdət yaratsın.
Qoy desinlər axmaqdı həyatını məhv edir.
Bir gecə klubuna getmək istəyirəm, ən ağır içkini sifariş edəcəm, onun şüşəsini sındırıb
damarlarımı kəsəcəm, sonra da yaramın üstünə o şərabdan töküb çığıracam,bərkdən çığıracam.
hamı eşitsin! Hamı bilsin ki əzab çəkirəm. Hamı bilsin ki ölümlə təkbətək vəzyətdəyəm.amma
çığırtıma gülüş də qatacam.hahahaaa...ürəkdən güləcəəm.
Qoy desinlər ki vəhşidi, irgəncdi.sanki həyatını fransız rejissoru çəkib..bütün eybəcər səhnələriylə.
Bank yarmax istəyirəm.dəhşətli dərəcədə çoxlu pulum olacax. Səni də çox rahat alacam, sarayım
olacax.hər şeyim olacax. Bir gün 10 minlik Çılçırağımnan özümü asmax istəyəcəm.Kəndiri çox
nazik seçəcəm ki stulu itələyən kimi qırılsın.
Qoy desinlər bədbəxtdi, heç özünü də öldürə bilmir.
Qaçmax istəyirəm.hamıdan, əllərimnən qan süzülərək. Hər keçdiyim dükanın şüşəsində çürümüş
sifətimi,saralmış dişlərimi, heç bir məna kəsb etməyən gözlərimi görüb, özümə nifrət edərək
özümnən də qaçmax istəyirəm..qaçacam da.çox bərk qaçacam.illərlə ayağımda yığılan əzələləri
elə həmin qaçış məsafəsində yox edəcəm..hündür bir binaya çıxacam və orda ayaxlarım nəhayət ki
çökəcəy..ordan bir daha da qışqıracam..hamının diqqəti məndə olsun.
Qoy desinlər son saniyəsində də şöhrətpərəstliyinnən qalmır..
Həyatımı elə o andaca bitirməy istəyirəm..atacam..əvvəlcə, artıx dərimə yapışmış son siqareti
atacam, sonra bu zibil olmuş həyatımı..
Yeni bir həyat istəyirəm..Allahdan yeni həyat istəyəcəm..o da verəcək.axı o rəhmlidi və o həyata
hər şeyimi itirdikdən sonra başlayacam.
Qoy maraqlansınlar, görəsən ona dərs oldu mu?
Başqalarının fikrinə tüpürməy istəyirəm, qoy desinlər vicdansızdı!
Qəribə bir hekayə yazmax istəyirəm.
Qoy desinlər psixdi, hələ də elə bilir bu qələm ona nəsə verəcək...